AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
İdman.biz xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək "Eqnatiya" (Albaniya) – "Olimpiya" (Sloveniya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən "Eqnatia" stadionda baş tutacaq.
İdman.biz