top
Sadiq Şəfiyev: Avrokuboklara yollanmaq üçün daha artığını edəcəyik Idman.biz
08 avqust 2025, 11:12
- ↺ +

Sadiq Şəfiyev: "Avrokuboklara yollanmaq üçün daha artığını edəcəyik"

"Turan Tovuz"un hücumçusu Sadiq Şəfiyevin futbolinfo.az-a müsahibəsi

– Türkiyə toplanışı necə keçdi? Yoxlama oyunları və ümumi hazırlıq prosesi haqda nə deyə bilərsiniz?

– Toplanış çox yaxşı keçdi. Komanda şəklində həm fiziki, həm də taktiki baxımdan ciddi hazırlaşdıq. Yoxlama matçlarında gücümüzü sınadıq. Həm məşqlərdə, həm də oyunlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq.

– Heyətdəki dəyişikliklər komandaya necə təsir edəcək? Yeni transferlərdən hansının potensialı sizi daha çox təəccübləndirdi?

– Heyətdəki dəyişikliklər komandaya yeni nəfəs gətirə bilər. Yeni transferlər komandamız üçün çox önəmlidir. Kimisə xüsusi qeyd etmək istəmirəm. Hər biri öz mövqeyində keyfiyyətli və təcrübəli futbolçulardır.

– Ölkə çempionatının 2025/2026 mövsümünün ilk turunda "İmişli" ilə üz-üzə gələcəksiniz. Yeni sezona qələbə ilə start verə biləcəksiniz?

– Komandamız yeni mövsümə qələbə ilə başlamağa tam hazırdır. İlk oyunun çətin keçəcəyini bilirik, amma biz gücümüzə inanırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

– Ötən mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməmişdiniz. Sizcə, yeni sezonda komanda bu missiyanın öhdəsindən gəlməyi bacaracaq?

– Təəssüflər olsun ki, ötən mövsümün yekununda avrokuboklara vəsiqə əldə edə bilmədik. Lakin bu mövsüm avrokuboklara yollanmaq üçün daha artığını edəcəyik. İnanıram ki, bu tapşırığın öhdəsindən gəlməyi bacaracağıq.

– Yeni mövsümdə fərdi olaraq qarşınıza hansı hədəfi qoymusunuz? Daha çox oyun şansı qazanacağınıza inanırsınız?

– Məşqlərdə öz üzərimdə çox çalışıram. İstəyirəm ki, həm fərdi, həm də komanda səviyyəsində uğurlu mövsüm olsun. Əlbəttə, istəklərimdən biri daha çox oyun şansı qazanmaqdır. Buna nail olacağıma inanıram.

– Hazırda Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işləri aparılır. Təbii ot örtüyünün salınması prosesi oktyabr ayının sonuna kimi tamamlanacaq. Süni örtükdən təbii örtüyə keçmək "Turan Tovuz"un çıxışına nəzərəçarpacaq dərəcədə müsbət təsir edəcəkmi?

– Əlbəttə, təsir edəcək. Düşünürəm ki, təbii ot örtüyünə keçəndən sonra daha yaxşı oyunlar sərgiləyəcəyik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Bu gün, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Bu gün, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Bu gün, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Digər
Bu gün, 19:17

Kriştianu Ronaldu ağır zədə alan Kvaratsxeliyaya dəstək verdi - FOTO

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 19:04

Gürcüstan millisinin və Trabzusporun sabiq futbolçusu Giorgi Nemsadze 54 yaşında vəfat edib

Oxşar xəbərlər