UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarını stadionlardan izləyən azarkeşlər açıqlanıb. Sport24.az-ın məlumatına görə, Şimali Makedoniyada "Şkendiya" və "Qarabağ" komandaları arasında keçirilmiş matç azarkeş sayına görə yeddinci pillədə qərarlaşıb.
"Todor Proeski" stadionunda keçirilən görüşü tribunalardan 15930 tamaşaçı izləyib.
Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini bir cavabsız qolla üstələyib. Bakıdakı cavab qarşılaşması avqustun 12-də olacaq.