AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. Sport24.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək "Eqnatiya" (Albaniya) – "Olimpiya" (Sloveniya) matçında UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən "Eqnatia" stadionda baş tutacaq.
Qeyd edək ki, meydan sahiblərinin heyətində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir. Komandalar arasında Sloveniyadakı ilk görüşdə hesab açılmayıb.