"Şamaxı"nın sabiq futbolçusu Vasiliye Bakiç Finlandiyanın "İlves" klubuna keçib.
"Report" xəbər verir ki, bu barədə Finlandiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, serbiyalı futbolçu 2024/2025 mövsümündə "Şamaxı"nın heyətində 23 Premyer Liqa matçında meydana çıxıb, 1 qola müəlliflik edib.