top
Beşiktaş səfərdə Gənclərbirliyi üzərində qələbə qazandı Idman.biz
15 mart 2026, 23:22
- ↺ +

"Beşiktaş" səfərdə "Gənclərbirliyi" üzərində qələbə qazandı

Türkiyə Superliqasının 26-cı həftəsində "Beşiktaş" səfərdə "Gənclərbirliyi"nin qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyunun hələ ilk dəqiqələrində çətin vəziyyətə düşüblər. Matçın 15-ci dəqiqəsində Koita Djaloya qarşı kobudluğuna görə VAR müdaxiləsindən sonra qırmızı vərəqə alaraq meydandan qovulub.

Say üstünlüyü qazanan "Beşiktaş" ikinci hissədə təzyiqi artırıb. 56-cı dəqiqədə Olaitan qapıçıdan dönən topu tamamlayaraq hesabı açıb. 66-cı dəqiqədə isə səhnəyə Orkun Kökçü çıxıb. O, sol cinahdan, demək olar ki, sıfır nöqtəsindən yerinə yetirdiyi cərimə zərbəsi ilə topu birbaşa tora göndərərək matçın taleyini həll edib.

Bu qalibiyyətdən sonra xallarının sayını 49-a çatdıran "Beşiktaş" turnir cədvəlində dördüncü pillədəki mövqeyini qoruyub. 25 xalı olan "Gənclərbirliyi" isə alt sıralardan uzaqlaşa bilməyib.

Qeyd edək ki, növbəti turda "Beşiktaş" öz meydanında "Kasımpaşa"nı qəbul edəcək. Ankara təmsilçisi isə səfərdə "Konyaspor"un qonağı olacaq.

Paralel keçən oyunda "Samsunspor" "Kayserispor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə "Samsunspor" xallarını 35-ə çatdırarq turnir cədvəlində yeddinci sıraya yüksəlib. Qonaqlar isə autsayderlər qrupundadır.

19:24

Türkiyə Super Liqasının 26-cı həftəsində turnir cədvəlinin aşağı pillələrində qərarlaşan iki komanda - "Kasımpaşa" və "Eyüpspor" qarşı-qarşıya gəlib. Hər iki kollektiv üçün böyük əhəmiyyət kəsb edən matç meydan sahiblərinin 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, Emre Belözoğlu rəhbərlik etdiyi "Kasımpaşa"ya vacib üç xalı gətirən qolu 33-cü dəqiqədə Adria Benediçak vurub. Oyunun geri qalan hissəsində hesabı qorumağı bacaran İstanbul təmsilçisi üç oyunluq qələbə həsrətinə son qoyub.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Kasımpaşa" eniş zolağından çıxmağı bacarıb – 14-cü pillə. "Eyüpspor" isə 22 xalla təhlükəli zonada qalıb.

Qeyd edək ki, "Kasımpaşa" növbəti turda səfərdə "Beşiktaş"ın qonağı olacaq. Həmin qarşılaşmada sarı vərəqə limitini dolduran İrfan Can Kahveci komandasına kömək edə bilməyəcək. "Eyüpspor" isə doğma meydanda "Trabzonspor"u qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Digər
Bu gün, 12:49

Pokatilov Çempionlar Liqasında TOP-3-də - FOTO

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Digər
Bu gün, 09:38

Vinisius böhranı fonunda şans: Arda Güler “Real”da necə liderlərdən biri oldu

Futbol
Bu gün, 09:20

Fənərbaxça ÇL-də 10 oyunlu qələbəsiz seriya ilə rekord qırdı

Oxşar xəbərlər