Brüssel prokurorluğu Belçika millisinin keçmiş yarımmüdafiəçisi Radja Nainqolan üçün iki il həbs cəzası tələb edib. Sport24.az "L"Equipe" nəşrinə istinadən xəbər verir ki, futbolçunun adı beynəlxalq narkotik ticarəti ilə bağlı işdə adı hallanır və çirkli pulların yuyulmasına köməklik etməkdə şübhəli bilinir.
38 yaşlı Nainqolan Brüssel məhkəməsində ifadə verib. İstintaqın məlumatına əsasən, o, cinayətkar təşkilatın 105 500 avro məbləğində vəsaitinin yuyulmasına kömək edib. Futbolçu istintaq çərçivəsində yanvarın sonlarında saxlanılmışdı.
Belçika millisinin keçmiş üzvünün adı, cinayətkarın qardaşından bir neçə ay ərzində 100 000 avrodan çox vəsait qəbul etdikdən sonra bu işdə ortaya çıxıb.
Əvvəlcə Naingqolan pulu bir tanışına dostluq münasibəti əsasında borc verdiyini iddia edib. Daha sonra isə o, ifadəsini dəyişərək tanışının bank hesabları boşanma prosesindən sonra dondurulduğuna görə bu addımı atıb.
Qeyd edək ki, Nainqolan Belçika yığmasının heyətində 30 oyun keçirib və 6 qol vurub. O, hazırda peşəkar karyerasını Belçika ikinci divizionunda çıxış edən "Patro Eisden" klubunda davam etdirir.