Belçika millisinin vingeri Jeremy Doku DÇ-2026-nın ikinci turunda İranla qarşılaşmada iştirak etməyəcək. Sport24.az xəbər verir ki, futbolçunun səhhətində problem yaranıb.
"Mançester Siti"nin 24 yaşlı oyunçu nəfəs problemi yaşaması səbəbindən "qırmızı şeytanlar"la məşq etməyib.
Belçika yığmasının məşqçilər korpusu İranla oyunda Dokunun xidmətindən yararlanmamağa qərar veriblər.
Qeyd edək ki, Doku Belçika millisində 44 oyunda iştirak edib, 7 qol vurub və 16 məhsuldar ötürmə edib.
Belçika komandası DÇ-2026-nın ilk oyununda Misirlə (1-1) bərabərə qalıb. "Qırmızı şeytanlar"ın İranla oyunu bu gün keçiriləcək.