top
Bəhlul Mustafazadə Çempionlar Liqasının ən sürətli oyunçuları sırasında yer alıb Idman.biz
29 may 2026, 10:10
- ↺ +

Bəhlul Mustafazadə Çempionlar Liqasının ən sürətli oyunçuları sırasında yer alıb

"Qarabağ"ın və Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasının 2025/26 mövsümünün ən sürətli futbolçuları sırasına daxil olub.

İdman.Biz xəbər verir ki, UEFA-nın turnir oyunlarında futbolçuların göstərdiyi maksimal sürətə əsaslanan reytinqində azərbaycanlı oyunçu yeddinci yeri tutub.

Mustafazadə saatda 36,51 km sürət yığa bilib. O, bu göstəricidə "Arsenal"ın hücumçusu Qabriel Martinellini (36,4 km/saat), "Nyukasl"ın forvardı Entoni Qordonu (36,4 km/saat) və "Liverpul"un müdafiəçisi Ceremi Frimponqu (36,3 km/saat) qabaqlayıb.

Reytinqə "Bayer"in hücumçusu Patrik Şik, PSJ-nin müdafiəçisi Luka Ernandes və Kiprin "Pafos" klubunun forvardı Jaja Dimata başçılıq ediblər. Onların hər üçü eyni maksimal sürəti - saatda 39,6 km göstəricisini nümayiş etdiriblər.

Maraqlıdır ki, ilk onluqda yer alan futbolçular arasında Mustafazadə Azərbaycan klubunu təmsil edən yeganə oyunçudur. Bundan əlavə, o, Avropanın top-5 çempionatlarını təmsil etməyən klubların oyunçuları arasında ən sürətli mərkəz müdafiəçisi olub.

Xatırladaq ki, "Qarabağ" 2025/26 mövsümündə Çempionlar Liqasında 16 oyun keçirib və turnirin pley-off mərhələsinin pley-in görüşlərinə qədər irəliləyib. Mustafazadə doqquz matçda iştirak edib və bir qol vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:50

Okan Buruk: Batrakovun oyunu bizim üçün çox vacibdir

Formula 1
Bu gün, 15:45

2030-cu ildə Formula 1 komandalarının mühərrik təchizatı sistemi dəyişəcək

Futbol
Bu gün, 15:41

İtaliyada qırmızı kart alan futbolçu bıçaqla meydanğa qayıtdığı üçün matç dayandırılıb

Futbol
Bu gün, 15:40

“Barselona”nın ən uzaq avrokubok səfəri – FOTO

Futbol
Bu gün, 15:40

Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər - Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər

Futbol
Bu gün, 15:38

"Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər

Futbol
Bu gün, 15:28

Tarixin özü Bakıda

Futbol
Bu gün, 15:20

Mançester Yunayted Luis Hollunu transfer etmək istəyir

Futbol
Bu gün, 15:20

Paris Saint‑Jünior Fransa nəhəngi cinah hücumçusu axtarır

Qarabağ FK
Bu gün, 14:53

“Kəpəz”in futbolçusu: “Daha yaxşı nəticələr əldə etməyə qadirik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:40

Azərbaycanlı FIFA referisinə növbəti təyinat

Futbol
Bu gün, 14:40

UEFA Gənclər Liqası: "Sabah" - "Barselona" matçı ona tapşırıldı

Futbol
Bu gün, 14:40

"Kəpəz"dən heç vaxt 1 manat artıq pul istəməmişəm" - Sabiq kapitandan NARAZILIQ

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Sabah”ın “Barselona”ya qalib gəlməsi çox çətindir”

Futbol
Bu gün, 14:35

“Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq

Qarabağ FK
Bu gün, 14:27

Nikolas Uolş "Sabah" - "Barselona" matçına baş hakim kimi təyin edilib, əvvəllər isə 4 dəfə Azərbaycan klublarının oyunlarına cəlb olunub

Qarabağ FK
Bu gün, 14:24

Azərbaycan Premyer Liqasının 12-ci turunun ən yaxşı azərbaycanlı futbolçuları: Kim fərqləndi? - İDMAN.BİZ-in TƏHLİLİ

Futbol
Bu gün, 14:21

Şalke Almaniya Bundesliqasında tarixi antirekorda imza atıb

Futbol
Bu gün, 14:20

Azərbaycan klubu Avropa nəhənglərini utandıran “kiçik balıq” adlandırdılar

Basketbol
Bu gün, 14:09

Ceyms Freyzer: "Noyabrda yox, mövsümün sonunda çempion olmağa çalışırıq"

Futbol
Bu gün, 14:00

Barselona’nın Bakı səfəri Avrokuboklar tarixində ən uzun məsafəli səfər kimi qeydə alınacaq

Qarabağ FK
Bu gün, 14:00

Mamadu Kane: "Yaxşı nəticələr istəyirik, çalışırıq, amma alınmır"

Qarabağ FK
Bu gün, 14:00

“Qarabağ” transfer işlərində səhvi harada buraxıb?

Boks
Bu gün, 13:54

Azərbaycanın iki boksçusu AÇ-nin finalında!

Oxşar xəbərlər