top
Baş məşqçi: Nigar Mirzəliyevanın transferi Azərbaycan qadın futboluna müsbət təsir edəcək Idman.biz
26 yanvar 2026, 18:15
- +

Baş məşqçi: Nigar Mirzəliyevanın transferi Azərbaycan qadın futboluna müsbət təsir edəcək

"Nigar Mirzəliyevanın Almaniyanın "Hamburq" klubuna transferi ölkə futbolu üçün qürurverici haldır".

Bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov yığmanın müdafiəçisi Nigar Mirzəliyevanın Almaniyanın "Hamburq" klubuna transferini şərh edərkən deyib.

O, yığmanın bəzi oyunçularının böyük liqalarda oynamaq potensialına sahib olduğunu bildirib.

"Mən bunu əvvəlki müsahibələrimdə də vurğulamışam ki, qadın futbol departamenti və federasiya olaraq qarşımıza qoyduğumuz əsas plan və strategiya məhz qızlarımızı daha güclü, qadın futbolunun inkişaf etdiyi liqalara yönləndirməkdir. İlk mərhələdə futbolçularımızı qonşu ölkələrə – Türkiyə, Rusiya və Qazaxıstana göndərdik. Şükürlər olsun ki, ikinci mərhələdə qarşıya qoyduğumuz məqsəd və strategiya çərçivəsində daha güclü ölkələrə keçid baş verdi. Bu baxımdan ilk addımı Nigar Mirzəliyeva atdı və mən düşünürəm ki, bu, həqiqətən də çox qürurverici bir haldır", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Mütəxəssis qeyd edib ki, Nigar Mirzəliyevanın "Hamburq"a keçidi Azərbaycan qadın futbolu haqqında formalaşmış fikirləri dəyişəcək:

"Daha da qürurverici olan məqam odur ki, Nigar Mirzəliyeva Mingəçevir futbol məktəbinin yetirməsidir. O, bu ölkənin torpaqlarından çıxmış bir azərbaycanlıdır və bu da bizim üçün xüsusi fəxrdir. Mən inanıram ki, Nigar Mirzəliyeva həmin ölkədə çox yaxşı işlər görəcək, Azərbaycan qadın futbolu haqqında formalaşmış fikirləri dəyişəcək. Bu son olmayacaq. Nigar Mirzəliyevanın göstərdiyi oyun və yanaşma nəticəsində düşünürəm ki, gələcəkdə daha bir neçə qızımız həmin ölkənin liqasında çıxış etmək imkanı qazanacaq. Onun ora keçidi qadın futbolunun inkişafı üçün çox önəmlidir. Düşünürəm ki, bu, bir mənalı olaraq yaxşıya doğru dəyişikliklər yaradacaq. Xüsusilə, qadın futbolunun milli komandanın son nəticələrindən sonra inkişaf etdiyi görünürdü. Belə transferlər və böyük ölkələrə gedən oyunçularımızın sayı artarsa və orada özlərini yaxşı tərəfdən göstərsələr, bu, birbaşa qadın futboluna müsbət təsir edəcək. Üstəlik, bu, aşağı yaş qruplarında da motivasiya yaradacaq. Daha çox gənc qızlarımız futbola diqqət ayıracaq və məşğul olacaq, bu isə bizim üçün çox önəmlidir. Nəticədə, həmin kütlədən maksimum sayda keyfiyyətli oyunçu çıxaracağıq".

S.Əsgərov gələcəkdə yığmanın digər üzvlərinin də Almaniya ilə yanaşı, Fransa və İngiltərədə oynayacaqlarına ümid etdiyini deyib: "Milli komandanın digər üzvləri ilə bağlı da vəziyyət xoşdur. Dediyim kimi, federasiya və qadın futbolu departamenti olaraq çalışırıq ki, komandanın oyunçuları daha inkişaf etmiş ölkələrin liqalarında çıxış etsin".

Qeyd edək ki, Nigar Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 17:56

Konstantinos Vasiliadis “Neftçi”-yə baş məşqçi təyin edilib

Futbol
Bu gün, 17:47

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino ilə müqavilə uzadılıb

Digər
Bu gün, 17:34

Azərbaycan velosipedçisi Viktoriya Sidorenko Çində qələbə qazanıb

Minifutbol
Bu gün, 17:20

Zirə Brahim Konate ilə yollarını ayırdı

Futbol
Bu gün, 17:05

"Zirə" Brahim Konatenin klubdan ayrildı

Voleybol
Bu gün, 16:51

Koreya milli komandasının hücumçusu “Turan”da

Qarabağ FK
Bu gün, 16:24

Qarabağın Konfrans Liqasında rəqibi müəyyənləşib

Futbol
Bu gün, 16:23

15 yaşlı Cey-Cey Qabriel "Mançester Yunayted"də debüt etdi

Futbol
Bu gün, 15:51

Kamilla Məmmədova: "Şaxtyor"da adaptasiya prosesi çətin keçmədi

Futbol
Bu gün, 15:34

Lui van Qal Niderland millisinə qayıdışını düşünür

Futbol
Bu gün, 15:20

Nyukasl „Braqa“dan qapıçı alıb

Cüdo
Bu gün, 15:04

Acelya Toprak Birlik Oyunlarında qalib olub

Futbol
Bu gün, 15:00

Cek Qrilişin karyerası Madridə gətirə bilər

Boks
Bu gün, 14:31

Azərbaycan yeniyetmə boksçuları Şamaxıda təlim-məşq toplanışına başladı

Minifutbol
Bu gün, 14:10

"Birbaşa Bakı" minifutbol komandası Çexiya millisinin üzvü Daniel Klimanı transfer edib

Futbol
Bu gün, 14:00

Yusif Nəbiyev: “MOİK-də yeganə hədəf çempionluqdur”

Futbol
Bu gün, 13:40

Hall Siti Olimpiakosdan qapıçı ilə anlaşdı

Futbol
Bu gün, 13:30

Soboslai “Liverpul”un əsas probleminin nə olduğunu açıqlayıb

Futbol
Bu gün, 13:20

Roma braziliyalı futbolçu Endriki icarəyə götürmək istəyir

Futbol
Bu gün, 13:13

Çexiya millisinin qapıçısı “Nyukasl”a transfer olub

Futbol
Bu gün, 12:40

Lui van Qal milli komandanın baş məşqçisi olaraq qayıda bilir

Futbol
Bu gün, 12:39

Turan Tovuz və Fənərbağça arasında yoldaşlıq oyunu keçiriləcək

Futbol
Bu gün, 12:22

Xabi Alonso “Real”dan ayrılması haqqında

Qarabağ FK
Bu gün, 12:05

Pakistanlı gənc futbolçu “Qarabağ”ın heyətinə qoşuldu

Oxşar xəbərlər