"Barselona" transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi "Tottenhem"in mərkəz yarımmüdafiəçisi Lukas Bervalla maraqlanır.
İspaniya nəhəngi 20 yaşlı isveçli üçün artıq hərəkətə keçib. Onun "Tottenhem"lə müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, İsveç millisinin üzvü ilə həm də "Napoli" maraqlanır. Berqval "Brommapoykarna" yetirməsidir. O, 2024-cü ildə "Yurqorden"dən "Tottenhem"ə keçib.