"Genk"in müdafiəçisi Yuvensli Onsteyn karyerasını İspaniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, "Barselona" niderlandlı futbolçunun keçidini həll edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
18 yaşlı mərkəz müdafiəçisi yaxın günlərdə İspaniya çempionu ilə müqavilə imzalayacaq. Gənc oyunçu "Barselona"nın B komandasında çıxış edəcək.
Qeyd edək ki, Yuvensli Onsteyn 2023-cü ilin yayında "Genk"in akademiyasına qoşulub. O, Belçika təmsilçisinin gənclər komandasında çıxış edir.