"Barselona" futbolçusu Dani Olmonun səhhəti ilə bağlı tibbi müayinələrin nəticəsini açıqlayıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin sol budunun adduktor əzələsində zədə təsdiqlənib.
Klubun məlumatına görə, Olmo Çempionlar Liqasının əsas mərhələsində PSJ ilə keçirilən görüşdə rəqib futbolçu ilə toqquşma nəticəsində xəsarət alıb.
Onun təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Beləliklə, Olmo oktyabrın 25-də "Real Madrid"lə keçiriləcək "El-Klasiko"da iştirak edə bilməyəcək.