"Barselona" Julian Alvareslə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Sezar Luis Merlo "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, katalonlar Madrid "Atletiko"suna təklif hazırlayır. Madrid klubunun isə Alvaresi 150 milyon avroya satmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, 26 yaşlı argentinalı başa çatan mövsümdə 49 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.