"Barselona" Hindistandakı futbol akademiyalarını bağlayır.
İdman.biz xəbər verir ki, buna səbəb ölkədə istedadların olmamasıdır.
Bu üzdən iyulun 1-dən Hindistandakı bütün "Barselona" akademiyaları fəaliyyətini dayandıracaq. İlk belə akademiya 2010-cu ildə açılıb. 14 ildə 4 fərqli şəhərdə belə futbol məktəbləri açılıb.
Qeyd edək ki, "Barselona" dünyanın bir sıra ölkələrində belə akademiyalar açıb.
İdman.biz