"Barselona" UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda PSJ ilə qarşılaşmaya ötən mövsümün oyun formasında çıxacaq.
İdman.Biz "Mundo Deportivo"ya istinadən xəbər verir ki, UEFA və televiziya yayımını həyata keçirən tərəf Kataloniya klubundan 2025/26 mövsümünün narıncı formasından istifadə etməyi istəyib.
Buna səbəb "Barselona"nın cari mövsüm üçün nəzərdə tutulan hər üç forma dəstinin PSJ-nin ev forması ilə vizual oxşarlıq yaratmasıdır. Xüsusilə televiziya yayımı zamanı futbolçuları bir-birindən ayırmağın çətin olacağı ehtimal edilir.
Bu səbəbdən "Barselona"nın ötən mövsümün üçüncü forma dəsti olan narıncı geyimdə meydana çıxması qərara alınıb.
Qeyd edək ki, PSJ - "Barselona" görüşü bu gün Parisdə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.