İspaniya təmsilçisi "Barselona" sağ cinah müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun yeni sözləşməsi 2030-cu ilədək nəzərdə tutulub. 19 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. O, 8 yaşından klubun akademiyasında çıxış edib. Espart əsas komandada debütünü bu il UEFA Çempionlar Liqasında "Nyukasl" (İngiltərə) qarşı oyununda edib.
Müdafiəçi əsas komandada ümumilikdə 11 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.