"Karvan-Yevlax" futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komanda yarımmüdafiəçi İlkin Muradovu heyətinə qatıb.
Ötən mövsüm "Baku Sportinq"də çıxış edən futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.