top
Azərxalça ASC və Qarabağ FK arasında əməkdaşlıq memorandumu imzalandı: Xalça və futbol vəhdəti Idman.biz
17 mart 2026, 16:10
- ↺ +

"Azərxalça" ASC və "Qarabağ" FK arasında əməkdaşlıq memorandumu imzalandı: Xalça və futbol vəhdəti

Martın 17-də "Azərxalça" ASC ilə "Qarabağ" futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, imzalanma mərasimi "Azərxalça" ASC-nin İçərişəhərdə yerləşən satış və sərgi salonunda keçirilib.

Memorandumu "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov və "Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl imzalayıblar.

Sənəddə Azərbaycanın qədim xalçaçılıq sənətinin ənənələri ilə futbol mədəniyyətinin vəhdətini əks etdirən, "Qarabağ" klubunun brend dəyərlərini təbliğ edən limitli xalça kolleksiyasının yaradılması, istehsalı və satışı üzrə tərəflər arasında əməkdaşlığın əsas prinsipləri müəyyən olunub. Anlaşma memorandumu tərəflərin ən qabaqcıl təcrübəsini paylaşmaqla, qarşılıqlı və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın qurulması kimi vacib addımları dəstəkləyir.

Bundan sonra hər iki tərəf "Qarabağ" futbol klubunun rəsmi atributlarını, Qarabağ atlarını və Qarabağ bölgəsinə xas milli ornamentləri, eləcə də Azərbaycan milli-mədəni irsini əks etdirən elementləri özündə birləşdirəcək yeni xalça dizaynlarının yaradılması, onların çeşnilərinin işlənib hazırlanması, hazırlanmış çeşnilərə uyğun məhdud sayda xalça kolleksiyasının yaradılması, istehsal edilən məmulatların dünya bazarlarına çıxarılması və marketinq siyasətinin müəyyən edilməsi, tərəflərarası əməkdaşlıq kontekstində proqram və layihələrin həyata keçirilməsi və tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirdikləri istənilən digər sahə üzrə birgə təşəbbüsləri həyata keçirərək əməkdaşlıq edəcəklər.

Çıxışlar zamanı həm Emin Məmmədov, həm Tahir Gözəl milli irsimizin qorunması, xalçaçılıq sənətinin inkişafı sahəsində fəal əlaqələr yaratmaq, bu əlaqələri inkişaf etdirmək və imzalanmış memorandumun məqsədindən irəli gələrək qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduqlarını bildiriblər.

Əməkdar incəsənət xadimi Emin Məmmədov xüsusi vurğulayıb ki, "Azərxalça" ASC həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən bütün tədbir və sərgilərdə Qarabağ xalçalarını və ümumilikdə mədəniyyətini təbliğ edir. Bildirilib ki, öz növbəsində "Qarabağ" futbol klubu da "Qarabağ" adını və bu bölgənin həqiqətlərini beynəlxalq səviyyədə futbol vasitəsilə mütəmadi olaraq təbliğ edir. "Qarabağ" futbol klubunun Azərbaycan futbolu üçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həm də ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmət edir. Klub hazırda Cənubi Qafqazın futbol lideri hesab olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər