Bədavi Hüseynov Azərbaycan millisində 70-ci oyununu keçirib.
İdman.biz xəbər verir ki, müdafiəçinin yubileyi Albaniya ilə Macarıstandakı görüşə təsadüf edib.
Hüseynov yığmanın 32 illik tarixinə ən azı 70 matç keçirən 9-cu futbolçu kimi düşüb. Mütləq rekord isə Rəşad Sadıqova məxsusdur – 111 oyun.
1. Rəşad Sadıqov - 111
2. Maksim Medvedev - 81
3. Aslan Kərimov - 80
4. Kamran Ağayev - 79
5. Qara Qarayev - 77
6. Mahir Şükürov - 76
7-8. Mahmud Qurbanov - 75
Tərlan Əhmədov - 75
9. Bədavi Hüseynov – 70
Qeyd edək ki, komandamız Albaniyaya 1:3 hesabı ilə uduzub.
Vüqar Xeyrullayev
İdman.biz