17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2027-nin seçmə mərhələsindəki mübarizəsini yekunlaşdırıb. Sport24.az xəbər verir ki, B1 qrupunun sonuncu turunda təmsilçilərimiz ev sahibi Albaniya yığması ilə üz-üzə gəlib.
Gərgin və məhsuldar keçən qarşılaşma rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, futbolçu qızlarımız daha əvvəl keçirilən turlarda İrlandiyaya 0:16, Kosovoya isə 3:8 hesabı ilə məğlub olmuşdular.
Beləliklə, B1 qrupunda keçirdiyi hər üç oyunda məğlubiyyətlə üzləşən millimiz seçmə mərhələni xalsız tamamlayıb. Qrupun bütün görüşləri Albaniyanın Roqojina şəhərində təşkil olunub.