Azərbaycanın qadın futbolçulardan ibarət U-19 millisi təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
İdman.Biz xəbər verir ki, yığmamız Daşkənddə Özbəkistan seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tərəflər arasında baş tutan ilk matçda üstün olan tərəf Azərbaycan millisi idi. Komandamız həmin görüşdə rəqibini 3:2 hesabı ilə məğlub etmişdi.