Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu - üçüncü matçına çıxıb.
"Report" xəbər verir ki, IX qrupda yer alan komanda Rumıniya ilə üz-üzə gəlib.
Fransanın Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda keçirilən oyun rəqibin 5:1 hesablı qələbəsi ilə bitib.
Yığmanın yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.