17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq. Sport24.az xəbər verir ki, IX qrupda mübarizə aparan yığmamız Fransanın Sen-Pol-le-Daks şəhərində İsrail U-17 komandası ilə üz-üzə gələcək.
"Park de Sport" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, oyunu Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.