Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununda da qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib
Çimkənd şəhər stadionunda baş tutan matç millinin 1:0 hesablı üstünlüyü ilə bitib.
Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva rəqib komandanın qapısından keçirib.
Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.
09:38
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
İdman.Biz-in məlumatına görə, baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma komanda Qazaxıstanla qarşılaşacaq.
Qarşılaşma Çimkənd şəhər stadionunda, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Matçı Özbəkistandan olan Roziyabonu Yusupova idarə edəcək.
Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.