Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
İdman.Biz istinadən xəbər verir ki, yığmamız Antalyada "Antalyaspor"un qadın komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandamızın heyətində Nigar Mirzalıyeva 40-cı, Manə Mollayeva isə 69-cu dəqiqədə fərqlənib.