Azərbaycanın qadın futbolçulardan ibarət millisinin 2026/2027 mövsümündə UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda C Liqasının 2-ci qrupunda yer alıb.
Milli Latviya, Gürcüstan və Lixtenşteynlə eyni qrupda mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin matçları dairəvi sistem üzrə bir ev və bir səfər oyunu olmaqla keçiriləcək. 1-ci və 2-ci turlar 2027-ci il fevralın 23-dən martın 6-dək, 3-cü və 4-cü turlar aprelin 13-dən 24-dək, 5-ci və 6-cı turlar isə iyunun 7-dən 15-dək baş tutacaq.