Bu gün futbol üzrə Misli Premyer Liqasının dördüncü turunun oyunu "Qəbələ" "İmişli" arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 18:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rauf Cabarov idarə edəcək.
"Qəbələ" bir xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb. Dörd xala malik "İmişli" isə altıncıdır.
Misli Premyer Liqası
Birinci dövrə, Dördüncü tur
4 sentyabr (cümə)
18:00. "Qəbələ" - "İmişli"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi:
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura sentyabrın 6-da yekun vurulacaq.