top
Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi: Qarabağ asanlıqla qol buraxır Report.az
24 yanvar 2025, 17:21
- ↺ +

Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi: "Qarabağ" asanlıqla qol buraxır"

"Qarabağ" asanlıqla qol buraxır.

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB (Rumıniya) ilə oyunu dəyərləndirərkən deyib.

O, bəxt amilini qabardıb:

"Bəlkə də Juniniyonun komandadan getməsinin təsiri oldu. Lakin düşünürəm ki, bəxt amili əsas rol oynadı. "Qarabağ" bütün oyunlarda rəqiblərindən geri qalmadı. Hətta bir çoxunda üstün oyun sərgilədi. Dünənki matçda xeyli qol imkanından yararlana bilmədi. Yaranmış qol vəziyyətlərindən istifadə etməyəndə də məğlub olursan. Müdafiədə səhvlər buraxırdılar".

Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi "Qarabağ"da arxayınlıq olduğuna inanmır:

"Qurban Qurbanovla həm birlikdə futbol oynamışıq, həm də məşqçim olub. Onda elə bir xarakter yoxdur ki, arxayınlıq yaransın və bu, kollektivə təsir göstərsin. Həm də indi futbolda asan rəqib olmur. Hətta ən zəif hesab etdiyimiz rəqib belə müdafiə planında yaxşı oynaya bilir. İstər klub, istər milli səviyyəsində belədir. Geridə qalan 7 oyunda bəxt amili ilə yanaşı, bəzən hakim ədalətsizliyi də oldu. Bəlkə də kənardan belə görünür. Amma "Qarabağ" asanlıqla qol buraxır. Dünənki görüşdə standart vəziyyətlərdən üç qol buraxdılar. Ola bilər komandada bu baxımdan çatışmazlıq var".

E.İmaməliyev komandanın uğursuzluğunun UEFA Avropa Liqasının yeni formatı ilə bağlı ola biləcəyini də istisna etmir:

"Yeni formata əsasən hər komandaya qarşı bir oyun keçirirsən. Bu səbəbdən yaxşı təhlil aparılmalıdır. "Qarabağ"ın təcrübəli məşqçilər korpusu var və yaxşı təhlillər apardıqlarına şübhə etmirəm. İstər-istəməz bunun da müəyyən təsirləri ola bilər. Çünki ilk oyunda rəqibin üstün və zəif cəhətlərini görə bilirsən, səhvləri düzəldirsən. Bütün bunlara baxmayaraq, "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürdüm. Futboldur, bəzən istədiyin alınmır".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - FCSB matçı Rumıniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdən sonra Ağdam təmsilçisi UEFA Avropa Liqasında pley-offa çıxmaq şansını itirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:08

Virts: Klopp hər oyundan sonra mənə qısa mesajlar göndərir

Qarabağ FK
Bu gün, 08:00

Aleksey Kaşuk: Yarmolenko və Tsiqankovun məclisdə olmaması məni məyus edir, onlar mənim üçün nümunədirlər

Futbol
Bu gün, 07:14

Bellinqem İngiltərə millisində 6 asistlə Sterlinqin rekordunu təkrar etdi

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Oxşar xəbərlər