"Liverpul"un futbolçusu Florian Virts Almaniya millisinin baş məşqçisi Yurgen Kloppla yalnız yığmanın toplanışlarında deyil, klub oyunlarından sonra da əlaqə saxladığını bildirib.
İdman.Biz xəbər verir ki, futbolçu almaniyalı mütəxəssisin onun çıxışlarını diqqətlə izlədiyini söyləyib:
"Əksər hallarda oyunlardan sonra qısa mesaj göndərir. İşlər yaxşı gedəndə məni təbrik edir, amma yaxşı oynamadığım vaxtlarda bunu da deyir".
Virts millinin baş məşqçisinin ona göstərdiyi diqqəti yüksək qiymətləndirib:
"Milli komandanın baş məşqçisinin klub oyunlarını izləməyə və onlara münasibət bildirməyə bu qədər vaxt ayırmasını adi hal kimi qəbul etmək olmaz. Onun bu qədər maraq göstərməsinə çox sevinirəm".
Qeyd edək ki, Virts bu mövsüm Premyer Liqada məhsuldar ötürmələrinin sayında artıq ötən mövsümdəki göstəricisinə çatıb.