Azərbaycan millisi bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığma "doğma divarlar" arasında Ukraynanı qəbul edir.
Seçmə mərhələnin ilk görüşündə səfərdə İslandiyaya böyük hesabla (0:5) yenilən millinin baş mqəşçisi Fernandu Santuş dünən istefaya göndərilib. Bu üzdən komanda bu gün meydana U-21-in baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, oyunun start fiti saat 20:00-da səslənəcək.
DÇ-2026, seçmə mərhələ
II tur
D qrupu
20:00. Azərbaycan - Ukrayna 1:1 (İkinci hissə)
Qol: Giorgi Sudakov, 51, Emin Mahmudov, 72, (pen)
Baş hakim: Vassilis Fotias (Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 21. Qismət Alıyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 15. Abdulla Xaybulayev, 8. Emin Mahmudov (k), 19. Rüstəm Əhmədzadə, 10. Mahir Emreli, 9. Renat Dadaşov
Baş məşqçi: Ayxan Abbasov
Ukrayna: 12. Anatoli Trubin, 17. Aleksandr Zinçenko, 22. Mikola Matviyenko (k), 13. İlya Zabarnıy, 2. Yukim Konoplia, 19. Artyom Bondarenko, 6. İvan Kalyujnıy, 14. Oleq Oçeretko, 8. Giorgi Sudakov, 20. Aleksandr Zubkov, 7. Vladislav Vanat
Baş məşqçi: Sergey Rebrov