Futbol üzrə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltada təşkil olunan UEFA İnkişaf Turnirində növbəti matçına çıxıb.
İdman.Biz xəbər verir ki, yığmamız ikinci qarşılaşmasında meydan sahibləri ilə üz-üzə gəlib. Görüş Malta millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi turnirdə son oyununu oktyabrın 26-da Litvaya qarşı keçirəcək. "Sentinari" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.