Azərbaycan millisi VI İslam həmrəyliyi Oyunlarında bu gün son matçına çıxıb. Sport24.az xəbər verir ki, A qrupunda yer alan komandamız Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.
Görüş təşkilatçı ölkə millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da aktivində 3 xal olan Azərbaycan millisi mübarizəni dayandırıb.
Qeyd edək ki, Özbəkistan 1-ci, Səudiyyə ərəbistanı isə 2-ci yerin sahibi kimi yarımfinala vəsiqə qazanıb.