Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan daha iki komanda bəlli olub.
İdman.Biz xəbər verir ki, "Sumqayıt" və "Difai" növbəti raunda vəsiqəni təmin ediblər.
"Gənclik şəhəri" təmsilçisi II təsnifat mərhələsində "Zaqatala"nı (3:0), Ağsu klubu isə "Xankəndi"ni (2:1) məğlub edib.
Bu raundun "Şimal" - "Şahdağ Qusar" görüşündə əsas vaxt qolsuz heç-heçə ilə bitib. Hazırda əlavə vaxt oynanılır.
Bu gün "Qəbələ" - "Mingəçevir", "Səbail" - "Şamaxı", "Neftçi" - MOİK oyunları da keçiriləcək.
Qeyd edək ki, ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala vəsiqə qazanıblar.
09:20
Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşması baş tutacaq.
Premyer Liqa təmsilçilərindən "Sumqayıt" "Zaqatala" ilə, "Qəbələ" "Mingəçevir"lə, "Şamaxı" "Səbail"lə, "Neftçi" MOİK-lə üz-üzə gələcək.
Bundan əlavə, "Difai" "Xankəndi" ilə, "Şahdağ Qusar" "Şimal"la qarşılaşacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
29 oktyabr
14:00. "Şimal" – "Şahdağ Qusar"
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Xankəndi" – "Difai"
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağsu şəhər stadionu
14:00. "Zaqatala" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
16:00. "Qəbələ" – "Mingəçevir"
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu
16:00. "Səbail" – "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"ASCO Arena"
19:00. "Neftçi" – MOİK
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Palms Sports Arena"
Qeyd edək ki, ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala vəsiqə qazanıblar.