Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz" - "Turan Tovuz" oyununda ikinci hissə start götürüb.
İdman.Biz xəbər verir ki, ilk hissədən sonra "Turan Tovuz" klubu 0:1 hesabı ilə irəlidədir.
15:20
Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz" - "Turan Tovuz" oyununda birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, 13-cü dəqiqədən sonra qarşılaşmada "Turan Tovuz" irəlidədir - 0:1.
14:46
Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz" - "Turan Tovuz" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 13-cü dəqiqədə Xorxe Silva "Turan Tovuz" klubunu hesabda irəli çıxarıb - 0:1.
14:32
Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz" - "Turan Tovuz" arasındakı oyun start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Cavid Cəlilov idarə edir.
13:57
"Kəpəz" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində Yevlax şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək.
İdman.Biz xəbər verir ki, komandalar saat 14:30-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Kəpəz": 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 30. Ruslan Quliyev, 12. Mahamadu Ba.
Baş məşqçi: Azər Bağırov.
"Turan Tovuz": 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. Vadji İbrahima, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavareş, 2. Mark Rene Mampassi.
Məşqçi: Kurban Berdiyev.
09:33
Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.
Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:30-da start götürəcək.
İlk görüşdə Tovuz klubu qalib gəlib - 1:0. Cütün qalibi yarımfinalda "Zirə" ilə qarşılaşacaq.
Bizon Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
5 mart
14:30. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" və "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ qazanıb.