Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in bürünc medalını qazanıb.
"Report" xəbər verir ki, B Liqasında yer alan milli 3-cü yer uğrunda oyunda Qazaxıstan yığmasını 7:1 hesabı ilə məğlub edib.
Komandamızın heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Bayram Bayramlı, Sahib Məmmədov, Orxan Məmmədov, Ramil Əliyev və Comərd Baxşəliyev vurublar.
çimərlik futbolu Azərbaycan millisi Avropa çempionatı