Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçına çıxıb.
İdman.Biz xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gəlib.
Oyun yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 50-ci dəqiqədə Sənan Hacıyev vurub.
Qeyd edək ki, milli daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə qolsuz bərabərə qalıb. omanda növbəti matçını bu gün Ukrayna millisinə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.