"İmişli" ilə bir müddət əvvəl danışığımız olub. Mövsüm başa çatandan sonra heç kim mənimlə əlaqə saxlamayıb". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Azər Həşimov deyib.
Adı bölgə təmsilçisi ilə yanaşı hallanan gənc mütəxəssis gələcək karyerası barədə fikirlərini bölüşüb: "Bəzi klublardan təkliflərim var. Adlarını açıqlamayacam. Amma ilk olaraq "Qaradağ Lökbatan" rəhbərliyi ilə danışıqlar aparacam. Onlarla müzakirədən sonra qərarımı verəcəm".
Qeyd edək ki, Həşimovun çalışdırdığı "Qaradağ Lökbatan" geridə qalan mövsümdə I Liqada gümüş medalların sahibi olub.
ABDULLA İSMAYILOĞLU