top
Azər Bağırov Turan Tovuz oyunu sonrası: Vaxt keçdikcə başqa Kəpəz görəcəyik Idman.biz
15 mart 2026, 17:38
- ↺ +

Azər Bağırov "Turan Tovuz" oyunu sonrası: "Vaxt keçdikcə başqa "Kəpəz" görəcəyik"

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən "Turan Tovuz"la (1:1) görüşdən sonra mətbuat konfransında fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis ilk növbədə azarkeşlərə dəstəyə görə təşəkkür edib və komandasının oyunundan razı qaldığını bildirib.

"İnanıram ki, futbolçular dəstəyin qarşılığını onlara meydançada verdilər. Yaxşı futbol oynadıq. Texniki tərəfdən bəzi çatışmazlıqlarımız var, amma oyundan-oyuna daha yaxşı olmağa çalışacağıq. Vaxt keçdikcə oyun sarıdan başqa "Kəpəz" görəcəyik", - deyə Bağırov söyləyib.

Baş məşqçi rəqib futbolçu Jo Batiştanın vurduğu qol zamanı yaranan vəziyyətə də aydınlıq gətirib:

"Səhv daha irəlidən başladı. Top bizdə olarkən itirməyimiz həmin zonanın boş qalmasına və sonda qol buraxmağımıza səbəb oldu. Rauf Hüseynli maksimumu etməyə çalışdı, amma əfsuslar olsun ki, ayağı sürüşdü. Biz əks-hücuma keçmək istəyərkən, rəqib bizi azlıqda tutdu. Futboldur, rəqibin də usta oyunçuları var".

Komandasının son vaxtlar sərgilədiyi performansa toxunan baş məşqçi qeyri-stabillik iddiaları ilə razılaşmayıb:

"Son matçlarda "Kəpəz" daha istəkli oynayır. "Sumqayıt", "Zirə" və bu gün "Turan Tovuz"a qarşı oyunlarımız buna sübutdur. Qeyri-stabil olduğumuzu deməzdim, son 4-5 oyundur ki, stabilik. Meydançada əsl futbol oynayırıq. Futbolçularıma təşəkkür edirəm ki, dediklərimi meydançada həyata keçirdilər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:05

“Marsel” azarkeşləri futbolçunu həm gücləndirə, həm də sındıra bilər

Voleybol
Bu gün, 04:30

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan voleybol millisinin kapitanı mükafatlandırıldı

Futbol
Bu gün, 04:08

Florenzi, PSJ-dən göndərilən Tomas Tuxelin haqqında danışdı

Futbol
Bu gün, 02:30

Arda Gülər Çempionlar Liqasında iki asistlə Real Madridin PSV üzərində 5:1 hesablı qələbəsində pay götürdü

Futbol
Bu gün, 02:18

Okan Buruk "Çempionlar Liqasında" "Aston Villa" üzərində 1:0 hesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 01:56

Mançester Siti - Napoli Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Şahmat
Bu gün, 01:50

Şahmat üzrə dünya çempionatında Dommaraku–Sindarov matçının ilk partiyası heç-heçə ilə yekunlaşıb

Futbol
Bu gün, 01:46

"Qalatasaray"ın "Aston Villa"ya qarşı qələbəsində qollayan Deniz Gül əməliyyat olunacaq

Futbol
Bu gün, 01:40

Bayern rəsmisi Musialanın vəziyyəti barədə: "Ona vaxt verməli və oynamağına imkan yaratmalıyıq"

Futbol
Bu gün, 01:30

Mançester Yunayted qış transferində Brentfordun müdafiəçisi Natan Kollinsə diqqət yetirir

Futbol
Bu gün, 01:27

Jül Kunde "Sabah"la məşqdən əvvəl gecikərək Fliki narazı saldı

Futbol
Bu gün, 01:20

Bursaspor: Futbolçular üçün çətin klub, Vaqif Heydərli açıqladı

Futbol
Bu gün, 00:36

Dezire Duenin əvvəlki formasına qayıtması iki‑üç il çəkə bilər

Futbol
Bu gün, 00:32

Ronaldo 987-ci qolunu “Əl‑Nəsr”in “Əl‑Sədd”ə qələbəsində vurdu

Futbol
Bu gün, 00:20

Türam "İnter"i tərk edə bilər – Mançester Yunayted, Çelsi və PSJ maraqlanır

Futbol
Bu gün, 00:18

Əl-Nəsr

Futbol
Bu gün, 00:10

"Bayern" zədəli Keynin əvəzində Şupo-Motinqi almağı məqsədləyir

Futbol
Dünən, 23:56

Andrey Arşavin Bakıda Çempionlar Liqası matını izləmək üçün

Şahmat
Dünən, 23:56

Şahmat dünyasında Sindarov heç-heçə üçün tələsdi, Qukeş iki dəqiqə əlavə vaxt qazandı

Futbol
Dünən, 23:30

Ronaldu 987-ci qolunu vurub, 1000 qola yaxınlaşıb

Şahmat
Dünən, 23:28

Türk Şahmat Assosiasiyasının çempionatında Abasov fərqi artırdı, Beydullayeva liderliyə yüksəldi

Futbol
Dünən, 23:20

Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı

Futbol
Dünən, 23:18

Barselona futbolçusu Jules Koundé Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Futbol
Dünən, 23:13

Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurdu - 1000 qola 13 qol qaldı

Oxşar xəbərlər