top
Azər Bağırov: Rəqib önəmli deyil, bunu etsək, nəticələr vaxt məsələsidir Idman.biz
31 mart 2026, 14:45
- ↺ +

Azər Bağırov: Rəqib önəmli deyil, bunu etsək, nəticələr vaxt məsələsidir

"Hansı rəqiblə qarşılaşacağımız o qədər də vacib deyil".

Bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Milli fasilədən öncəki son 4 turda komandanız məğlub olmadı, ümumilikdə 8 xal qazandı. Ardıcıl uğurlu nəticələrə nəyin sayəsində imza ata bildiniz?

- Mənə elə gəlir ki, əsas amillərdən biri futbolçuların mövcud vəziyyəti və bu durumdan necə çıxmalı olduğumuzu artıq böyük ölçüdə dərk etmələri idi. Bunun sayəsində ardıcıl uğurlu nəticələr qazandıq.

- "Kəpəz"in performansı yüksəlişdə olduğu vaxtda milli fasilənin yaranması planlarınıza mənfi təsir etməyəcək ki?

- Bu barədə, demək olar ki, fikirləşmirəm. Çünki əsas məsələlərdən biri futbolçuları bu hazırlıq prosesində yükləmək və əgər çox yükləniliblərsə, onların fiziki durumlarını bərpa etməkdir. Bu yöndə intensiv işlər görürük. Fasilə müddətində çatışmayan taktiki və texniki tərəflərimizin üzərində daha çox işləmək imkanı əldə etdik.

- Fasilədən sonrakı ilk oyunda əsas rəqiblərinizdən olan "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu görüşü hər iki tərəf üçün "6 xallıq matç" adlandırmaq olar? Oyundan gözləntiniz nədir?

- Hansı rəqiblə qarşılaşacağımız o qədər də vacib deyil. Önəmli olan hər oyuna sadəcə bir çempionat matçı kimi hazırlaşmaqdır. Futbolçulara bunu aşılamağa çalışırıq.Mənə elə gəlir ki, bunu edə bildikdən sonra nəticələrin gəlməsi artıq vaxta bağlıdır.

- Son 8 tur ərzində "Kəpəz"in turnir cədvəlində hazırkı mövqeyindən yuxarı pillələrə qalxmaq şansı nə qədərdir?

- Mən də çox istərdim ki, komanda daha yuxarı pillələrə doğru irəliləsin. Əlbəttə, futbolçular da bunu yaxşı dərk edirlər. İnandırım sizi, fasilə müddətində heyətin hər bir üzvü məşq proseslərində lazımi qədər, çox ciddi hazırlaşdı.

- Mövsümün sonuna az qalıb. Yayda heyətdə böyük dəyişikliklər etmək fikrindəsiniz, yoxsa hazırkı heyətin özəyi qorunacaq?

- Hər hansı bir dəyişiklik barədə fikirləşmirik. Hazırda ancaq futbolçuların əsas heyətdə möhkəmlənməsi, meydançada sprintlərin çoxalması, sonadək mübarizənin aparılması və digər məsələlərin üzərində çalışırıq, onlara belə şeyləri aşılayırıq. Yəni hansısa futbolçunun gedib-qalacağı barədə danışmırıq.

- Növbəti mövsümdə Azər Bağırovun baş məşqçiliyi ilə daha iddialı "Kəpəz" görə bilərik?

- Hər şeyi zaman göstərəcək. Hələlik diqqətimiz cari mövsümdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər