top
Azər Bağırov Kəpəz - Neftçi oyunundan sonra fikirlərini bölüşdü və gələcək planları haqqında danışdı Sport24.az
23 may 2026, 17:46
- ↺ +

Azər Bağırov "Kəpəz" - "Neftçi" oyunundan sonra fikirlərini bölüşdü və gələcək planları haqqında danışdı

Misli Premyer Liqasının XXXIII turunun "Kəpəz" – "Neftçi" oyunundan (0:1) sonra gəncəlilərin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Mövsümün son oyununda gənclərə şans verdik. Onlar bəlkə, gələcəkdə Azərbaycan futbolunun əsas simaları olacaq. Komandaya gələndə 6 oyunluq məğlubiyyətsizlik seriyası var idi. Çətin vaxtda bu işə başladıq. Legioner transferi olmadan komandanı liqada saxlamaq asan iş deyil. Klubdakı hər kəsə təşəkkür edirəm.

 

– Hansı gənc oyunçuları xüsusi qeyd edərdiniz?


– Şahnur və Raulu fərqləndirərdim. Onlar üzərində diqqət var. Gənclərlə işləmək çox çətinlik yaratmışdı. Bu gün onlara şans vermək

– Adınız "Şamaxı"yla hallanır. Bu məsələyə yekun qoya bilərsiniz?


– Bu haqda danışmaq istəmirəm. Təki hər şey Azərbaycan futbolu üçün uğurlu olsun.

 

– Gələndən sonra bütün komandalardan xal ala bildiniz. Matçdan sonra azarkeşlər sizə qarşı şüarlar səsləndirdi. Sanki Gəncə camiəsi sizə qarşı haqsızlıq edir...


– Anlaşılmazlıq həmişə olur. Azarkeşlərdən razıyam. Gəncə fanatları futbolu bilirlər, rəhbərliklə də problemim yoxdur. Qalmağımla bağlı təklif də oldu, sadəcə beynimdə bəzi məsələlər var.

 


– Daha yaxşı təklif aldığınızı dediniz. Nə üçün razılığa gələ bilmirsiniz?


– Olduğum yerdə doğruluğun və verilən sözlərin arxasında durmağın tərəfdarıyam. Yəni sabah büdcə problemi olsa, hansısa sıxıntı yaşayıb, azarkeşlər qarşısında pis olacağam. Bu gün bəlkə, kimlərsə bunu doğru qəbul etməz, amma yüz ölçüb, bir biçəcəm. Səhər yaxşı məşq keçdik.

 

– "Şamaxı"nın oyununu izləməyiniz düzgün qarşılanmadı…


– Şamaxıda futbola baxmışam, bara getməmişəm ki… Stadionda olmağım normal şeydir. Bunları nəyəsə bağlamaq düzgün deyil. Əvvəlcə komanda ilə məşqimi keçmişəm, sonra Bakıya yola düşmüşəm.

 

– "Kəpəz" rəhbərliyi ilə münasibətiniz necədir?


– Çox yaxşı. Bəzi məsələlər var ki, gözləyirik. Bilinməyən şeylər olduğu üçün qərar vermək çətinləşir.

 

– Rəhbərliyin tələbi avrokuboklardır?


– Xeyr. Bu məsələnin kökündə daha böyük mövzular dayanır. Məsələ tək büdcədən deyil, bir komandanı formalaşdırmaq üçün üç il vaxt lazımdır. Çempion olaq, avrokuboklara düşək, amma nəylə?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 15:39

Avropa çempionu Siara Macian toyundan bir neçə həftə sonra vəfat etdi

Cüdo
Bu gün, 15:27

Balabəy Ağayev Dünya Cüdo Reytinqində Əhməd Yusifovun Əvəzinə Lider olmuşdur

Olimpiada
Bu gün, 15:20

Avstraliyanın Kvinslendində 3 metr uzunluğunda timsah 2032-ci Olimpiya ərazidə aşkar edildi

Basketbol
Bu gün, 15:14

ABF rəhbəri Azərbaycan basketbol klublarının Avropa Kubokundakı şanslarını qiymətləndirdi

Futbol
Bu gün, 15:00

Fənərbaxçanın yeni baş məşqçisi Sergio Konseysao ilə ortaq məxrəcə gəldi

Futbol
Bu gün, 14:59

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior həm karyerasında, həm də şəxsi həyatında problemlərlə üzləşir

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Futbol
Bu gün, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və asistlər baxımından liderdir.

Futbol
Bu gün, 13:00

Neftçi skautları Macarıstan və Portuqaliyada legioner axtarır

Qarabağ FK
Bu gün, 12:59

Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi

Formula 1
Bu gün, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Digər
Bu gün, 12:29

Azərbaycanlı atlet Vüsalə Bentley 5 saat 3 dəqiqə plankla dünya rekorduna iddia edir

Oxşar xəbərlər