"İtaliya millisinin azarkeşiyəm. Onların ehtiyatlı, səliqəli, sığortalı oyunları həmişə xoşuma gəlib. Bununla yanaşı italyanlar yeri gələndə aqressivlik də nümayiş etdirə bilirlər. Çalışacam bütün qarşılaşmaları izləyim". Bu sözləri Sport24.az-a açıqlamasında Azər Bağırov deyib.
"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi indidən proqnoz verməyin düzgün olmadığını da vurğulayıb: "İndiki halda, kimin iddialı olduğunu söyləmək çətindi. Bütün komandalar ilk turda ehtiyatlı oynamağa çalışacaq. Odur ki, ancaq 2-ci turdan sonra kimlərin favorit olması haqqında fikir söyləmək olar".
Qeyd edək ki, bu gün baş tutacaq Almaniya – Şotlandıya oyunu ilə sayca 27-ci qitə çempionatına start veriləcək.