Argentina futbol millisinin baş məşqçisi Lionel Skaloninin mətbuat konfransında maraqlı anlar yaşanıb.
İdman.Biz xəbər verir ki, argentinalı azarkeşlərdən biri gözlənilmədən çıxış edərək mütəxəssisə Fransa yığması ilə bağlı məsləhət verib.
Azarkeş Skalonini rəqibin gücünə qarşı hazırlıqlı olmağa çağırıb:
"Sizin hazır olmağınızı istəyirəm, çünki Fransa həqiqətən çox yaxşı komandadır. Bütün ciddiyətimlə deyirəm, onlar Braziliya və İspaniyadan daha güclüdürlər. Mbape hazırda Messi və Dibu Martineslə birgə dünyanın ən yaxşı oyunçusudur".

Skaloni gəncin bu emosional çıxışını diqqətlə dinləyib və sonda baş barmağını yuxarı qaldıraraq ona razılığını bildirib.