"Turan Tovuz"dan ayrılan Ayxan Hüseynovun yeni klubu müəyyənləşib.
İdman.Biz futbolxeber.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü "Zirə" ilə anlaşıb.
Tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. Hüseynov "Zirə" ilə 2 illik müqavilə imzalayacaq. Ayxan Hüseynov tezliklə qəsəbə təmsilçisinin məşqlərinə qoşulacaq.
Qeyd edək ki, 27 yaşlı futbolçunun "Turan Tovuz"la müqaviləsi bu yay başa çatıb. O, Tovuz klubu ilə yeni müqavilə imzalamaq istəməyib.