top
Ayxan Abbasov Ukrayna Oyunu Öncesi Mətbuat Konfransında Sport24.az
Dünən, 22:04
- +

Ayxan Abbasov Ukrayna Oyunu Öncesi Mətbuat Konfransında

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Ukrayna ilə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

"Sabah bizi yenə gərgin oyun gözləyir. İlk oyunumuz Fransaya qarşı səfərdə idi, indi də Ukrayna ilə səfərdə oynayırıq. Ardıcıl iki səfər matçı da çətindir. Üç günlük pauza var. Futbolçularımızda yorğunçuluq olur. Amma çalışacağıq ki, nələrisə dəyişək və daha yaxşı olaq. Komandamıza, futbolçularımıza inanıram. Necə ki, Fransa ilə mübarizə apardılar, bu oyunda da aparmalıyıq. Bu görüşdə daha da yaxşı olmalıyıq. Xal qazanmaq istəyiriksə, demək ki, nələrsə çatmırdı. Ukrayna da bilirik ki, bu görüşə final kimi yanaşır. Son matçda ağır səfərdə mühüm qələbə qazandılar. İslandiyada bütün komandalar üçün oynamaq çətindir. Ukrayna ilə bizimlə heç-heçə etdikdən sonra bizə yanaşmaları başqa cür olacaq. Bu, bizi çəkindirmir. Əgər biz gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq. Futbolçularımıza da bunu bildirmişik. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik".

 

Sabahkı oyun üçün strategiya və taktika başqa cür olacaq? Yoxsa, əks-hücum oynayacaqsız?


- Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi. Ukrayna da tələsmədi, bütün oyunu əks-hücumda keçirirdi. Bu da normaldır. Bu gün də bizlə Ukrayna arasındakı fərq də məlumdur. Oyunun gedişatı da vacibdir. Çalışdığımızın alınıb-alınmaması da önəmlidir. Bəzi fikirlərimiz var. Bunu indi deməyimiz düzgün olmaz. Rəqibə görə də bəzi dəyişikliklər olacaq. Mübarizə aparcağıq. Fikrimiz var. Onu futbolçular da həyata keçirməyə çalışacaqlar.

 

Ukrayna millisinin hansı zəif və güclü tərəfləri var? Hansı oyunçusundan ehtiyatlanırsız?


- Ukrayna millisində güclü, fərdi keyfiyyətə malik oyunçular var. Son matçda da bunu göstərdi. Təhlil zamanı oyunçularımıza bunu göstərmişik. Hücum xəttindəki oyunçuları yaxşıdır. Avropada yaxşı klublarda oynayırlar. Güclü müdafiəçisi var, PSJ-də oynayır. Bu da komandanın ustalığından söz etdirir. Fərdi də yanaşmışıq. Futbolçularımıza bunları göstərmişik. Ukraynanı yaxından tanıyırıq.

 

Sabah 23-lükdən kənarda kimlər olacaq? Səbəbi nədir?


- Bəli, oyunçular bəllidir. Təəssüf ki, İsmayıl İbrahimli və Ceyhun Nuriyev ilk oyunda da yox idi. İsmayıl Fransadakı məşqdə yüngül zədələndi. Ceyhun xəstədir. Renat Dadaşovun da yüngül, tam hazır olmadığına görə 23-lükdən kənar qalacaqlar.

 

Elvin Cəfərquliyev bayaq bildirdi ki, sabahkı nəticə turnir cədvəlindəki mövqeyimizə təsir edəcək. Mental olaraq, komandaya qələbə ruhunu aşılaya bilmisiz?


- Biz hər oyunda çalışırıq ki, futbolçularımızda qələbə ruhu olsun. Rəqibin fərqi yoxdur. Ən çətin rəqib olanda demirik ki, matçı qazanmaq istəmirik. Oyundan-oyuna futbolçularda fərq olacaq, inam gələcək. Xal qazanmq istəyirik. 4 komanda olanda daha çətindir. Rəqiblər bizdən üstündür. Futbolda bu gün mümkünsüz heç nə yoxdur. Sevinirəm ki, Futbolçular bunu anlayırlar. Yanaşmaları fərqlidir. Allah qoysa, belə davam etsək, nəticə olacaq.

 

Sergey Rebrov Bakıdakı oyundan danışarkən, müxtəlif bəhanələrlə qazandığınız bir xala kölgə salmağa çalışıb...


- Bizim ilk oyunumuz idi. Rəqibi tam təhlil etməmişdik. Meydança o qədər də keyfiyyətsiz deyildi. Ola bilər ki, Avropadakı meydançalarla bir az ağır idi. Amma məncə, oyun bir xala haqq edirdi. Çünki futbolçularımız mübarizə apardı. Ukrayna bizdən üstün idi, qol epizodları barəsində. Amma bu oyunda bir xalı haqq edirdik.

 

Yayılan məlumatlara görə, baqajlar gec gəlib. Bu, planlarınıza necə təsir etdi?


- Məşq etmişik, elə də problem olmayıb. Bəli, nələrsə kecikmişdi. Amma dünənki planımızda dəyişiklik olmadı. Bərpanı qaldığımız oteldə keçdik, oynamayanlar məşq etdi. Yəqin ki, bu da hansısa təzyiqdir. Amma heç bir problem yoxdur. Hər şey qaydasındadır.

 

Sergey Rebrov deyib ki, bizə xal Azərbaycandan daha çox lazımdır. Cavabını verək?


- Futbolçularıma bir kəlmə dedim. Bildirdim ki, biz İslandiya oyunu çox vacibedə bilərik. Bu həyəcanı yaşamağı haqq edirlər. Çox istəyərdim ki, İslandiya matçını Bakıda çox vacibə çevirək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:02

Yuri Maksimov Azərbaycandan təkliflər aldığını təsdiqlədi, "Kəpəz"lə bağlı sualı cavabsız qoydu

Futbol
Bu gün, 12:00

Arif Əsədov: "Futbolçularımız tez-tez matça çıxmağa alışqan deyil, Ukrayna ilə oyunda çətinlik ola bilər"

Cüdo
Bu gün, 11:49

Bakıda U-17 yeniyetmələri arasında şəhər birinciliyinə start verildi: 587 idmançı mübarizə aparır

Futbol
Bu gün, 11:49

Erlinq Holann Norveç - Yeni Zelandiya matçını buraxacaq

Futbol
Bu gün, 11:40

Zidan: Gələcəkdə Fransa millisinin baş məşqçisi olmaq arzusundayam

Futbol
Bu gün, 11:39

Ukrayna - Azərbaycan matçının hakimi Sebastyan Qishamer daha əvvəl "Qarabağ"ın oyunlarını idarə edib

Olimpiada
Bu gün, 11:36

BOK Mehman Kərimovun vəfatı ilə bağlı başsağlığı verdi

Futbol
Bu gün, 11:23

Şahruddin Məhəmmədəliyev Mbappe və Ronaldo haqqında: "Televizorda onun sürəti hiss olunmur"

Basketbol
Bu gün, 11:13

"Neftçi"nin Avropa Kubokundakı iştirakına görə, Azərbaycan Basketbol Liqasında "Neftçi" - "Gəncə" oyunu təxirə salındı

Futbol
Bu gün, 11:10

Azərbaycan millisi Ukrayna matçına hazırlıqlarını başa çatdırdı: Fotoreportaj

Futbol
Bu gün, 11:00

Yuri Maksimov: Ukrayna - Azərbaycan oyununda Ukrayna qalib gəlmək əzmində olacaq, çünki başqa seçim yoxdur

Futbol
Bu gün, 10:57

Sergey Rebrov "Panatinaikos"a keçid iddialarını təkzib etdi

Futbol
Bu gün, 10:52

"İnter" Andrey Luninə Göz Dikib

Şahmat
Bu gün, 10:44

Azərbaycan şahmat komandası Avropa çempionluğuna yaxın - Ukrayna ilə həlledici görüş

Şahmat
Bu gün, 10:40

Avropa Çempionatı: Kişi Şahmatçılarımız Gümüş Medal Qazandı, Qadınlar Onluqda Yer Aldı

Futbol
Bu gün, 10:30

Dörd futbolçu Azərbaycan yığmasının Ukrayna ilə oyun üçün heyətindən çıxarıldı

Minifutbol
Bu gün, 10:27

"Araz-Naxçıvan"ın Çempionlar Liqası oyunlarını idarə edəcək hakimlər təyin edilib

Futbol
Bu gün, 10:20

Rahil Məmmədov zədələndi, Ukrayna oyununu buraxacaq

Boks
Bu gün, 10:18

Rəşad Dağlının oğlu Yusif karate turnirində qızıl medal qazandı

Voleybol
Bu gün, 10:05

Çingiz Əzimov "Bakı" qadın həndbol komandasının baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 10:00

Yuri Maksimov Azərbaycandan gələn təklifləri təsdiqlədi, "Kəpəz"lə bağlı suala cavab vermədi

Futbol
Bu gün, 09:56

Rahil Məmmədov zədə səbəbindən milli komandanın heyətindən kənarlaşdırılıb

Futbol
Bu gün, 09:53

Filip Kleman "Spartak"ın təklifini rədd etdi

Futbol
Bu gün, 09:48

Memfis Depay Niderland yığmasında məhsuldar ötürmələr üzrə rekorda imza atıb

Oxşar xəbərlər