top
Ayxan Abbasov Sent Lüsiyaya qələbədən və rekord nəticə tapşırığı verməməkdən danışdı Idman.biz
27 mart 2026, 21:55
- +

Ayxan Abbasov Sent Lüsiyaya qələbədən və rekord nəticə tapşırığı verməməkdən danışdı

Futbol üzrə Azərbaycan millisi növbəti matça da ciddi hazırlaşacaq.

İdman.Biz-in məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.

Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiyaya qalib gəldikləri (6:1) oyundan sonra fikirlərini bölüşüb:

"Bizi tək qoymayan azarkeşlərə təşəkkür edirəm. Belə havada oynamaq çətin idi. Hər iki komanda çətinlik çəkirdi. İlk dəqiqədən qol vurmaq istəyirdik. Buna da nail olduq.

Komandada yeni oyunçular var idi. Bundan sonrakı matça ciddi hazırlaşacağıq. Növbəti rəqibimiz daha güclüdür. Azarkeşlərimizi sevindirmək istəyirik".

A.Abbasov DÇ-2026-nin seçmə mərhələsində ciddi rəqiblərlə üz-üzə gəldiklərini xatırladıb: "Daha əvvəl futbolçuların döyüşkənliyi ilə öyünürdük. İndi isə nəticə çox önəmlidir. Oyunçuların qol vurmaq və qələbə istəyi var idi. Bilirik ki, UEFA Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik".

Baş məşqçi millidə rəqabətin olduğunu da əlavə edib: "Bütün futbolçulara şans vermək istəyirik. Bəziləri daha yaxşı formadadırlar. Bizim üçün hər kəsi meydanda görmək əla şans idi".

Mütəxəssis yığmanın tarixində ən böyükhesablı qalibiyyəti əldə etməsinə də toxunub: "Dünən mətbuat konfransında dedilər. Həmin vaxt yada saldılar. Futbolçulara tapşırıq verməmişdik ki, mütləq rekord nəticə olmalıdır. Sadəcə, qollar vurmaq istəyirdik. Bu da bizi sevindirir".

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:54

"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı

Futbol
Bu gün, 22:45

Kaxaber Tsxadadze “Qəbələ”də böyük potensial görüb

Minifutbol
Bu gün, 22:39

Səbail Boluda ilk yoxlama oyununu qələbə ilə başa vurdu

Futbol
Bu gün, 22:29

İmad Farac “Neftçi”dən “Esperans”a keçdi

Futbol
Bu gün, 22:13

De Yonq: “Çempionlar Liqası bizim üçün xüsusi bir bənddir”

Futbol
Bu gün, 22:07

Neftçi futbolçusu İmad Farac Tunisin Esperans klubuna keçdi

Futbol
Bu gün, 21:55

Atletiko Marseldə “Monako”ya qalib olub

Cüdo
Bu gün, 21:41

Azərbaycanlı paracüdoçu Avropa çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 21:14

Mançester Siti "Barselona"nın təkliflərindən məyus olub

Futbol
Bu gün, 20:57

"Çelsi" Enzo Fernandes üçün yazılı təklifalmadı

Futbol
Bu gün, 20:41

Şaxtyor Çempionlar Liqası oyunlarını Stemford Bridcдə keçirmək istəyir

Futbol
Bu gün, 20:33

Turan Tovuz Qəbələni məğlub edib

Futbol
Bu gün, 20:24

Mikel Arteta: Xosep Qvardiola - futbol tarixinin ən yaxşı məşqçisidir

Futbol
Bu gün, 20:07

Milan 7 oyunçusu ilə yollarını ayırmaq niyyətindədir

Futbol
Bu gün, 19:58

Qalatasaray forvardı icarəyə verilib

Digər
Bu gün, 19:51

Ronaldu və Corcina nikah müqaviləsini imzalayıblar

Futbol
Bu gün, 19:28

Premyer Liqa, La Liqa və Bundesliqa yayımlarına start verilib

Basketbol
Bu gün, 19:01

U16 qızlardan ibarət milli komandamız FIBA U16 Qadınlararası Avropa Çempionatında Bosniya və Herseqovinaya qalib gəlib

Futbol
Bu gün, 18:47

Aydın Bayramov: “Milli komandaya dəvət alacağıma inanıram”

Minifutbol
Bu gün, 18:40

U-17 və Gənclər Liqalarının yeni mövsümünün püşkü atıldı

Futbol
Bu gün, 18:11

Hansi Flik “Barselona”nın Xulian Alvaresi transfer etməyə cəhd göstərməsini istəyib

Futbol
Bu gün, 17:40

Komo Çelsinin hücumçusuna maraq göstərir

Futbol
Bu gün, 17:36

İdman TV yeni mövsümdə zəngin yayım proqramı təqdim edir

Futbol
Bu gün, 17:20

Lester Satışa Çıxarılıb

Oxşar xəbərlər