top
Aydın Bayramov: “Milli komandaya dəvət alacağıma inanıram” Idman.biz
14 avqust 2026, 18:47
- ↺ +

Aydın Bayramov: “Milli komandaya dəvət alacağıma inanıram”

"Zirə"də hər mövsüm hədəflər yüksək olur. Çempionatda rəqabətin daha da artacağını bilirik".

İdman.Biz bildirir ki, bunu yeni mövsüm öncəsi "qartallar"ın qapıçısı Aydın Bayramov bildirib.

Qolkiper offsideplus.az-a müsahibəsində komandada yeri uğrunda rəqabətdən çəkinmədiyini bildirib: "Məni rəqabət narahat etmir. Rəqabət futbolun bir hissəsidir və mən bunu normal qarşılayıram. Əksinə, komandada keyfiyyətli qapıçıların olması həm mənim, həm də komandanın inkişafına kömək edir. Mən öz üzərimdə çalışmalı və əsas heyətdə oynamağa layiq olduğumu göstərməliyəm. Kim daha yaxşı vəziyyətdədirsə, o da oynamalıdır.
Mənim "Zirə" ilə müqaviləm var və burada özümü yaxşı hiss edirəm. Klub mənə güvənir, mən də bu etimadı doğrultmaq istəyirəm. Hazırda bütün diqqətimi "Zirə"yə və yeni mövsümə yönəltmişəm".

Bayramov yeni mövsümdəki rəqabətə də toxunub: "Zirə"də hər mövsüm hədəflər yüksək olur. Çempionatda rəqabətin daha da artacağını bilirik. Amma bizim üçün əsas məsələ öz oyunumuzu göstərmək, hər matça maksimum köklənmək və mümkün qədər çox xal toplamaqdır. Avrokuboklara vəsiqə qazanmaq bizim əsas hədəflərimizdən biridir. Bununla yanaşı, daha yüksək yerlər uğrunda da mübarizə aparmaq istəyirik.

Şəxsən mənim əsas istəyim daha çox oynamaq, komandaya fayda vermək və özümü ən yaxşı formada göstərməkdir. Ötən mövsümdən də müəyyən nəticələr çıxarmışam. Yeni mövsümdə daha inamlı, daha stabil və daha çox oyun təcrübəsi olan qapıçı olmaq istəyirəm. Ən əsası isə "Zirə"nin qarşısına qoyduğu hədəflərə çatmasına kömək etməkdir".

Qapıçı milli komandada oynamaq perspektivinə də toxunub: "Milli komandada oynamaq hər bir futbolçu üçün böyük şərəfdir. Əlbəttə, dəvət almaq istəyirəm və bunun üçün çalışıram. Amma son qərarı məşqçilər korpusu verir. Mənim işim klubumda yaxşı çıxış etmək, stabil oynamaq və özümü hər oyunda göstərməkdir. Yaxşı performans nümayiş etdirərəmsə, milli komandaya dəvət alacağıma inanıram".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Millimizə gələn vingerə görə kompensasiya istəyirlər

Futbol
Bu gün, 13:31

“Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi

Futbol
Bu gün, 13:31

“Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir

Futbol
Bu gün, 13:31

Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

Futbol
Bu gün, 13:30

Lamin Yamal Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb;

Futbol
Bu gün, 13:24

“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

Futbol
Bu gün, 13:24

İspaniya mətbuatı Dani Olmodan “Sabah”la oyunda “sehr” gözləyir - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 13:20

"Uotford" rumıniyalı mütəxəssislə anlaşmaq üzrədir

Futbol
Bu gün, 13:20

II Liqa 12-ci tur: "Şəmkir" "Ağdaş"la, "Difai" isə "Marafon"la qarşılaşacaq

Futbol
Bu gün, 13:10

“Sabah” - "Barselona" matçını o idarə edəcək

Qarabağ FK
Bu gün, 13:09

“Qarabağ”ın müdafiəçisi çətin matç, qol çətinlikləri və Sumqayıt qarşılaşması barədə danışdı

Futbol
Bu gün, 13:08

«Mançester Yunayted»i bu şəkildə tənqid etdi

Futbol
Bu gün, 13:03

“Qalatasaray”ın futbolçusu şir axtarışında

Futbol
Bu gün, 13:01

Bakıda UEFA Çempionlar Liqası matçı üçün hakimlər təyin edilib;

Futbol
Bu gün, 13:00

Elvin Bədəlov: Qələbə önəmlidir, şəxsi performans deyil

Cüdo
Bu gün, 12:54

Həbsdən azad olunan Umar Nurməhəmmədovdan ilk paylaşım - VİDEO

Futbol
Bu gün, 12:45

Mərakeş UEFA-ya üzv olmağı planlaşdırır

Futbol
Bu gün, 12:44

Şahdağ Qusar baş məşqçisi Füzəli Məmmədov: "Heç bir təklif məni maraqlandırmaz, mən Şahdağdayam"

Qarabağ FK
Bu gün, 12:35

“Kəpəz” - “Qarabağ” matçında böyük coşqu - FOTOLAR

Futbol
Bu gün, 12:30

UEFA Çempionlar Liqası: ‘Sabah’–‘Barselona’ qarşılaşmasında maraqlı statistikalar açıqlanıb

Qarabağ FK
Bu gün, 12:25

Qurban Qurbanov Gəncədə ikiqat yubileyini qeyd etdi

Futbol
Bu gün, 12:21

“Döyüş klubu” filminin ulduzu Arda Gülərə heyranlığını açıqladı - FOTO

Futbol
Bu gün, 12:20

Muzeyin qarşısında Ronaldonun nəhəng heykəli qoyuldu - VİDEO

Oxşar xəbərlər