U16 qızlardan ibarət milli komandamız FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda 5-7-ci yerlər uğrunda təsnifat mərhələsində Bosniya və Herseqovina yığmasına 78:65 hesabı ilə qalib gəlib.
İdman.Biz bildirir ki, millimiz ilk hissəni 45:24 hesablı üstünlüklə başa vurub və qarşılaşmanın sonunda qələbəni qoruyub.
09:53
Qızlardan ibarət Azərbaycan basketbol millisi FIBA U-16 Qadınlararası Avropa Çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığmamız 5-7-ci yerlər uğrunda təsnifat mərhələsində ilk matçını Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.
Qarşılaşma bu gün, avqustun 14-də Slovakiyanın Pieştani şəhərində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.