Yaxın saatlarda Ayxan Abbasovun yeni klubu rəsmən açıqlanacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, 42 yaşlı mütəxəssis sabah "Şamaxı" ilə rəsmi müqavilə bağlayacaq.
Tərəflər arasında əldə olunan razılığa əsasən anlaşmanın müddəti 1 il olacaq.
Qeyd edək ki, Abbasov başa çatan mövsümün sonunda "Turan Tovuz"un baş məşqçisi postundan ayrılıb.