Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov U-20 yığmasına yeni təyin olunan Ruy Jorjenin məsuliyyətli iş üçün ölkəmizə gəldiyini düşünür.
Mütəxəssis bu barədə "Report"a müsahibəsində bildirib.
O, portuqaliyalı mütəxəssisin U-20 millisinə baş məşqçi təyin olunması barədə fikirlərini bölüşüb:
"Onun gəlişinin səbəbi bəllidir. Ruy Jorje komandanı sırf U-20 dünya çempionatına hazırlayacaq. Böyük və məsuliyyətli iş üçün ölkəmizə gəlib. İnanırıq ki, onun rəhbərliyi ilə yığma yaxşı nəticələr əldə edəcək. Bizə isə ona ancaq uğurlar arzu etmək qalır".
Ayxan Abbasovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.